RU

KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir » AzadMedia.az


ABŞ Prezidenti Donald Tramp Amerika xalqına müraciəti zamanı İrana qarşı hərbi əməliyyatların bitdiyini elan edəcək.

Bu barədə "Politico" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

"Çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamına keçən gecə - red.) Prezident Donald Tramp çıxışında İranda təxminən bir ay davam edən hərbi kampaniyanın bitdiyini elan edəcək. Bu, neftin qiymətlərinin sürətlə artımı və ictimai rəy sorğularının pisləşməsi fonunda baş verəcək", - bildirilir.

ABŞ Prezidentinin keçmiş müşaviri Stiv Bennon bildirib ki, Amerika lideri İrandakı uğurları vurğulayacaq, gələcək planları müəyyənləşdirəcək və həmçinin NATO tərəfdaşlarına qarşı tənqidi fikirlər səsləndirəcək.

"İki-üç həftə, aydın şəkildə müəyyən edilmiş məqsədlər. Əldə edilənləri möhkəmləndirmək üçün bir müddət qalacağıq. Mümkündür ki, sonrda atəşkəs olsun. Hörmüz boğazındakı vəziyyətin BƏƏ və Avropanın məsuliyyətində olduğu və qələbə elan etdiyimiz vurğulanacaq", - o deyib.

"Politico" vurğulayıb ki, bu müraciət Trampa digər məsələlərlə yanaşı, hərbi əməliyyatın məqsədlərini formalaşdırmaq, qələbə meyarlarını aydınlaşdırmaq və atəşkəs danışıqları çıxılmaz vəziyyətə düşərsə, növbəti addımları müəyyən etmək imkanı verəcək. Müəlliflər qeyd edirlər ki, siyasi baxımdan bu, xüsusilə əhəmiyyətlidir, çünki Tehranla hərbi münaqişə Amerika ictimaiyyəti arasında dəstək qazanmır.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar, həmin gün İranın Ali ıideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur həlak olub. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirir.

Tramp sonra İran hakimiyyətinin ABŞ-dən atəşkəs istədiyini açıqlayıb.
Избранный
12
3
azadmedia.az

4Источники