RU

İtaliya millisi Qattuzo ilə yolları ayırır - Yeni namizədlər bəllidir

BAKI, 2 aprel. TELEQRAF

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçi postundan ayrılacaq.

Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, bu qərar komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra verilib.
İtaliya millisi pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzub (1:1, penaltilər – 1:4).

Onun əvəzinə əsas namizədlər kimi “Napoli”dən Antonio Konte və “Milan”dan Massimiliano Alleqrinin adı çəkilir.

Избранный
55
teleqraf.com

1Источники