RU

Çindən Orta Dəhliz vasitəsi ilə yeni Çin-Avropa yük qatarı xətti açılıb

Pekin, 2 aprel, AZƏRTAC

Çinin Hubey əyalətinin Uhan şəhərindən elektron avadanlıqlar, məişət texnikası və gündəlik tələbat malları ilə yüklənmiş Çin-Avropa yük qatarı Bakıya yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu, Uhandan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhliz vasitəsilə Bakıya gedən ilk birbaşa Çin-Avropa yük qatarıdır. Qatar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd-keçid məntəqəsindən Qazaxıstana, oradan isə Xəzər dənizi ilə Bakıya çatacaq. Dəmir yolu və dənizi birləşdirən multimodal nəqliyyat vasitəsilə səyahətin 18 gün ərzində başa çatacağı gözlənilir.

Ənənəvi beynəlxalq logistika kanalları ilə müqayisədə bu marşrut daha aşağı geosiyasi risklər, daha güclü təchizat zənciri dayanıqlılığı və daha idarəolunan nəqliyyat əlaqələri təklif edir.

Bundan başqa, bu marşrut Hubeyin ixracyönümlü müəssisələrinin inkişaf etməkdə olan Avrasiya bazarlarına genişlənməsi üçün yüksək səmərəli və sabit logistika arteriyası təmin edir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Избранный
21
9
azertag.az

10Источники