Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında həyatın yaşam sığortası üzrə 109 milyon 892 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 6% və ya 6 milyon 252 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 30 milyon 750 min manat və ya 44,6% artaraq 99 milyon 672 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 103,6 milyon manata, ödənişlər isə 68,9 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!