ain.az, Azertag portalına istinadən məlumat yayır.
Moskva, 2 aprel, AZƏRTAC
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya və Qazaxıstan yüklərinin dəmir yolu ilə Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana daşınması bütün tərəflər üçün faydalıdır və bu, yükdaşımalarının artması ilə təsdiqlənir.
AZƏRTAC xəbər verir ki, Aleksey Overçukun sözlərinə görə, Rusiya Avrasiya İqtisadi Birliyinin üzv dövlətinin blokadasının açılmasında göstərdikləri konstruktiv və effektiv əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdardır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.