RU

Kəngərli rayonunda Vətən müharibəsi şəhidi İsmayıl Fəzayıl oğlu Yüzbaşyevin doğum günü qeyd edilib

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Böyükdüz kəndində təşkil olunan tədbir şəhidin məzarı önündə baş tutub. Anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və kənd sakinləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixində qürur səhifəsi kimi daim yaşayacaq. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Müavin vurğulayıb ki, bu Qələbə minlərlə igid oğullarımızın, o cümlədən şəhid İsmayıl Fəzayıl oğlu Yüzbaşyevin qanı və canı bahasına əldə olunub.

Cəlil Rüstəmov çıxışında şəhid İsmayıl Yüzbaşyevin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək onun Vətənə sədaqətinin, cəsarətinin və qəhrəmanlığının gənc nəsil üçün nümunə olduğunu bildirib. Qeyd olunub ki, belə igidlərin xatirəsi daim uca tutulur, onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Daha sonra çıxış edən şəhid valideynləri övladlarının Vətən uğrunda canlarından keçməsinin onlar üçün böyük qürur mənbəyi olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, şəhidlərimizin müqəddəs qanı yerdə qalmayıb, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə şanlı Qələbə ilə nəticələnib və bu zəfər xalqımızın tarixində əbədi iz qoyub. 

Sonra məktəblilər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda mərasim iştirakçıları Böyükdüz kəndində yerləşən şəhid məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar.

Bəxtiyar ƏLİYEV



Избранный
50
herbiand.az

1Источники