İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqları inkar edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran XİN mətbuat katibi İsmayıl Bəqayi danışıb.
“Hazırda İran və Amerika arasında heç bir danışıq aparılmır. Amma bir şey aydındır: vasitəçilər yolu ilə aldığımız mesajlar onların maksimum və qeyri-məntiqi tələblərini göstərir. Buna görə də iranlılar bu mesajlara böyük şübhə ilə yanaşır”, - Bəqayi qeyd edib.
“Hazırda nəyinsə torpaqlarımızı və suverenliyimizi müdafiə etməyi dayandırmağa imkan verməməsi üçün çalışırıq”, - diplomat vurğulayıb.