RU

Həcc ziyarəti üçün kvota dolur

Bakı. Trend:

Həcc ziyarəti üçün müraciət edənlər arasında məşhurlar davar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanlarıİdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 94 faizi artıqtamamlanıb:

"Cəmi altı faiz yer boş qalıb. Müraciət edənlər arasında məşhurşəxslər də var. Eyni zamanda, ziyarətə uşaqla getmək istəyənlər dəvar".

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu aprelin ilkhəftəsonunadək uzadılıb.

Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvarqrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Xatırladaq ki, Vüsal Cahangiri regionda baş verən gərginliyinHəcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini dəaçıqlamışdı:

"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç birdəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyatprosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur,gündəlik müraciətlər qeydə alınır", o, bildirmişdi.

Избранный
60
11
az.trend.az

10Источники