RU

Overçukdan ŞOK BƏYANAT: "Tramp marşrutu 200 illik nizamı alt-üst etdi"

"Trampın beynəlxalq sülh və rifah marşrutu" layihəsinin icrasına dair sazişin imzalanması Cənubi Qafqazdakı regional balansı pozub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, problem yalnız sənədin imzalanmasında deyil, bu imzaların daha dərin proseslərə təkan verməsindədir:

"Bu saziş 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin bağlanmasından bəri mövcud olan regional balansı pozub".

Rusiyalı diplomat həmçinin əlavə edib ki, kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesində Rusiyanı görmək istəməmək "böyük səhv" idi.

Musavat.com

Избранный
26
musavat.com

1Источники