RU

Kevin Medina yeni mövsümə harada başlayacaq? Dəqiqləşdi

Fanat saytına istinadən ain.az xəbər verir.

"Qarabağ"ın mərkəz müdafiəçisi Kevin Medinanın növbəti mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu ilə Türkiyə və Macarıstan klubları maraqlansa da, onun transferi üçün Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.

Karyerasının qürub çağlarını yaşayan Kevinin özü də rəhbərliyə iş yerini dəyişmək barədə düşünmədiyini deyib. "Köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan arxa xətt oyunçusunun 2028-ci ilin yayınadək Azərbaycan komandasında oynamaq ehtimalı da az deyil.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Medina 2 qolla yadda qalıb. O, 2020-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
2
fanat.az

3Источники