RU

“Amazon” Globalstar-ı almaq istəyir

 Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın "Amazon" şirkəti peyk rabitəsi sahəsində fəaliyyətini genişləndirmək üçün yeni addım atır. Şirkət "Globalstar" ilə satınalma danışıqlarına başlayıb.

Banco.az xəbər verir ki, məqsəd SpaceX-in "Starlink" sistemi ilə rəqabəti gücləndirməkdir.

Məlumata görə, tərəflər arasında bəzi mübahisəli məqamlar qalmaqdadır. Bunlardan biri "Apple" şirkətinin Globalstar-da 20 faiz paya sahib olmasıdır. Bildirilir ki, "Apple" 2024-cü ildə bu şirkətə 1,5 milyard dollar sərmayə yatırıb və hazırda şəbəkə imkanlarının böyük hissəsindən istifadə edir.

Qeyd edək ki, 1991-ci ildə yaradılan "Globalstar" aşağı orbitli peyklər vasitəsilə rabitə xidmətləri göstərir. Son aylarda şirkətin səhmləri satınalma ehtimalları fonunda ciddi artım nümayiş etdirib.

"Amazon" isə hazırda Project Kuiper layihəsi çərçivəsində qlobal internet şəbəkəsi qurmağa çalışır. Bununla belə, şirkət bu sahədə hələlik Starlink-dən geri qalır.

Избранный
44
1
banco.az

2Источники