RU

Pezeşkiandan amerikalılara: Sizə qarşı düşmənçilik bəsləmirik

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian çərşənbə günü bildirib ki, İran Amerika xalqına qarşı düşmənçilik bəsləmir. O xəbərdarlıq edib ki, İranın infrastrukturuna hücumlar birbaşa İran xalqına qarşı yönəlib və ölkə hüdudlarından kənarda da fəsadlara yol açacaq.

Ölkə.Az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Amerika ictimaiyyətinə müraciət edən Pezeşkian qeyd edib: "İran heç vaxt müharibə başlatmayıb, lakin ona hücum edən hər kəsə qətiyyətlə və cəsarətlə cavab verib". O əlavə edib ki, "bizim təhdid kimi təqdim edilməyimiz nə tarixə, nə də müasir reallıqlara uyğun gəlir".

O, ABŞ-nin İrana qarşı müharibəsini əsassız adlandırıb və vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq, "biz zəifləməmişik, əksinə, bir çox sahələrdə daha da güclənmişik. Etdiklərimiz isə qanuni özünümüdafiə hüququna əsaslanan cavabdır".

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran prezidentini "İrandakı yeni rejimin prezidenti" adlandıraraq, onun barışıq əldə etmək istədiyini bildirmişdi.

Tramp "Truth Social" kanalındakı paylaşımında, İranda hakimiyyət dəyişikliyi baş verməsə də, görünür, Məsud Pezeşkianı nəzərdə tuturdu. O, Pezeşkian haqqında yazıb: "O, sələflərindən daha az radikal və daha ağıllıdır. O, yenicə Amerika Birləşmiş Ştatlarından atəşkəs istəyib!".

Tramp əlavə edib ki, ABŞ bu məsələyə yalnız Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqda baxacaq: "O vaxta qədər isə biz İranı yer üzündən siləcəyik və ya deyildiyi kimi, daş dövrünə qaytaracağıq!!!"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
olke.az

2Источники