RU

Tramp: Makron hələ də həyat yoldaşının vurduğu zərbədən sonra bərpa olunur » AzadMedia.az

Tramp:


ABŞ Prezidenti Donald Tramp Fransanın prezidenti Emmanuel Makronu istehza ilə hədəf alaraq, NATO müttəfiqlərini Yaxın Şərqdə İrana qarşı müharibəyə qoşulmadıqları üçün kəskin tənqid edib.

Tramp deyib: “Mən Fransaya zəng etdim, Makrona, onun həyat yoldaşı isə onunla çox pis davranır. O, hələ çənəsinə aldğı zərbədən sonra bərpa olunur”. Burada Tramp may 2025-ci ildə yayılan bir videoya istinad edib; həmin videoda Brijit Makronun Vyetnam səfəri zamanı prezidentin üzünə zərbə endirdiyi göstərilirdi. Makron isə bunu yalanlayaraq desinformasiya adlandırmışdı.

Tramp əlavə edib: “Mən dedim: ‘Emmanuel, biz Fars körfəzində yardıma çox şad olarıq, baxmayaraq ki, biz pis insanları və ballistik raketləri məhv etmə rekordları qırırıq. Yardım edə bilsəniz, dərhal gəmiləri göndərə bilərsinizmi?’”

Daha sonra Tramp Makronun cavabını fransız aksenti ilə təqlid edərək deyib: “Yox, yox, yox, biz bunu edə bilmərik, Donald. Biz bunu müharibədə qələbədən sonra edə bilərik”.

Tramp cavabında qeyd edib: “Mən dedim: ‘Yox-yox, mənə qələbədən sonra Emmanuel lazım deyil’”.

Bundan əlavə, Tramp NATO-nu “kağız pələngi” adlandıraraq, keçən il Ağ Evə qayıtdıqdan sonra transatlantik alyansa qarşı tənqidlərini davam etdirmiş oldu.

Избранный
16
1
azadmedia.az

2Источники