Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avtobusların gəliş saatını göstərən tətbiq düzgün işləmir.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Nəticədə sərnişinlər daha çox gözləməli olurlar.
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, problem məhz sistemde yaranan müvafiq boşluqlardan irəli gəlir:
"İctimai nəqliyyat üçün zolaqlar açılsa da, yəni avtobuslar tıxacda qalmadan birbaşa hərəkət edirlər. Amma gecikmə halları yenə müşahidə olunur. Burda problem gps-dir. Bu tətbiqə yenidən baxılmalıdır ki, vətəndaşlar çətinliklə üzləşməsinlər. İnternetin sürəti güclüdür, amma avtobus vaxtında gəlib çatmır. Bu o deməkdir ki, problem avtobusdadir".
Qeyd edək ki, avtobus tətbiqi ötən ilin dekabrında istifadəyə verilib.
Asya
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.