RU

“Hərbi əməliyyatları yalnız bir halda dayandıra bilərik...” Tramp İrandan əsas tələbi

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Tehran müharibənin dayandırılması üçün Vaşinqtona müraciət edib. Lakin Ağ Ev rəhbəri atəşkəs üçün konkret və ağır şərt irəli sürüb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə özünə məxsus "Truth Social" platformasında yazıb.

"Hürmüz boğazı açılmalıdır"

Trampın sözlərinə görə, İranın yeni Prezidenti Məsud Pezeşkian sələfləri ilə müqayisədə daha az radikal və daha ağıllı siyasətçidir və o, artıq ABŞ-dən atəşkəs xahiş edib: "Biz bu məsələyə yalnız Hörmüz boğazı tamamilə açıldığı və təhlükəsiz hərəkət təmin edildiyi təqdirdə baxa bilərik. Tehran güzəştə getməyənə qədər ABŞ İranın hərbi infrastrukturunu darmadağın etməyə davam edəcək".

Tehranın reaksiyası: "Bu, yalandır"

İran Xarici İşlər Nazirliyi isə Trampın bəyanatını dərhal təkzib edərək, onu "yalan məlumat" adlandırıb. "Axios" nəşri qeyd edir ki, boğazın açılması müqabilində atəşkəs mövzusu pərdəarxası müzakirə olunsa da, belə bir sövdələşmənin reallığı hələlik sual altındadır.

Məlumata görə, Trampın bu iddiası Məsud Pezeşkianın Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta ilə telefon danışığına əsaslana bilər. Həmin söhbət zamanı Pezeşkian bildirib ki, İran müharibəni dayandırmağa hazırdır, lakin bir şərtlə ki, ABŞ hücumları dayandırsın və hərbi əməliyyatların bir daha bərpa olunmayacağına dair zəmanət versin.

"Nöqtə zərbələri" dövrü başlaya bilər

Maraqlıdır ki, Tramp "Reuters" agentliyinə müsahibəsində ilk dəfə olaraq İranla genişmiqyaslı müharibənin tezliklə başa çatacağını və ABŞ-nin böyük sövdələşmə olmadan da hücumları dayandıra biləcəyini istisna etməyib. Onun sözlərinə görə, lazım gələrsə, ordu gələcəkdə yalnız "nöqtə zərbələri" ilə kifayətlənə bilər.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son hesabatına görə, cəmi bir ay ərzində İranın 12 300-dən çox hərbi hədəfi məhv edilib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
50
azpolitika.info

10Источники