RU

Cibinə siqaret al qoy sözünü götürmədi, 6 aylıq azadlıqdan məhrum oldu

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Astara rayonunda 1990-cı il təvəllüdlü Ziya qonşusu Nahidə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 1-də rayonun Bəydili kəndində baş verib. Ziya həmin gün saat 20 radələrində yaşadığı evin qarşısında qonşusu Nahidin ona “cibinə siqaret al qoy” deməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əli ilə onun başından tutaraq darvazaya vurması nəticəsində ona xəsarətlər yetirib.Ziyanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Ziya ifadəsində göstərib ki, zərərçəkmiş Nahid qapı qonşusu və həmkəndlisidir:“Onunla aramızda heç bir ədavət yoxdur. Yanvarın 1-də Nahid yaşadığım evin qabağına küçəyə çıxdı. Küçədə olan zaman Nahiddən siqaret istədim. O, mənə “cibinə siqaret al qoy” deyərək zarafat etdi. Mən zarafata əsəbləşərək əlim ilə Nahidin başından tutdum və arxasında olan darvazaya çırpdım. Daha sonra Nahid evə girdi. Mən də uzaqlaşaraq getdim”.Astara Rayon Məhkəməsinin hökmü ilə Ziya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilib. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
demokrat.az

1Источники