RU

Ziya Bünyadov prospektində təmir işləri: Paytaxtın əsas yollarında güclü sıxlıq yaranıb - FOTO

Ziya
Bakının əsas nəqliyyat arteriyalarından biri olan Ziya Bünyadov prospektində aparılan təmir işləri hərəkətin iflic olmasına səbəb olub. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) hazırda təmir işləri aparılır.

Hansı istiqamətlərdə tıxac var?

Yolun bir hissəsinin qapadılması və aparılan işlər zəncirvari reaksiya yaradaraq aşağıdakı istiqamətlərdə kəskin sıxlığın yaranmasına səbəb olub:

  • “Koroğlu” metro stansiyası istiqaməti;

  • Alı Mustafayev və Əbdülvahab Salamzadə küçələri;

  • “20 Yanvar” dairəsi;

  • Moskva və Tbilisi prospektləri;

  • Bakı-Sumqayıt şosesi (şəhər istiqaməti)

  • "Hazırda polis əməkdaşları ərazidədir və müxtəlif istiqamətlər üzrə yaranmış sıxlığın aradan qaldırılması, hərəkətin nizamlanması üçün zəruri tədbirlər görürlər", - deyə məlumatda qeyd olunub.

Избранный
27
1news.az

1Источники