RU

Gürcüstan Vəkillər Kollegiyasının sədri Ali Məhkəmədə olub

2026-cı il 1 aprel tarixində ölkəmizdə səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. "Olaylar" xəbər verir ki, qonağı salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib. Həmçinin qarşılıqlı səfərlər və təcrübə mübadiləsinin münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Daha sonra qonağa ölkəmizdə məhkəmə sahəsində görülən işlər, vəkillik institutu ilə məhkəmə sistemi arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də bu sahədə mütəmadi təşkil olunan görüş və müzakirələr barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İrakli Kandaşvili öz növbəsində Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirərək qeyd edib ki, bu cür görüşlər peşəkar əməkdaşlığın inkişafı və ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
9
olaylar.az

10Источники