"Qlobal sistemdə böhranlar həlsiz qalıb. İsrail-ABŞ və İran arasında müharibə Türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.
O bildirib ki, davam edən savaş Hörmüz boğazı başda olmaqla, enerji bazarı üçün təhdid olaraq qalmaqdadır:
“Bu, bölgəni və iqtisadiyyatı geridönülməz fəlakətə aparacaq. Hər nə olur olsun, İranın bölgə ölkələrini hədəf alması da qəbuledilməzdir. Gözləntimiz tez bir zamanda müharibəyə son verilməsi və diplomatik həll yoluna qayıdılmasıdır”.
"Cebheinfo.az"