RU

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır - Əli Əsədov

Bakı. Trend:

Enerji sahəsində əməkdaşlıq da gündəliyimizin mühümistiqamətlərindəndir. Azərbaycan uzun illərdir ki, enerjitəhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimitanınır.

Trend xəbərverir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda TürkDövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumətbaşçılarının/Vitse-prezidentinin bugünkü görüşündə deyib.

Baş nazir bildirib ki, ənənəvi enerji resursları sahəsindəqazanılan təcrübə və formalaşdırılan infrastruktur bu gün yeniəməkdaşlıq imkanları yaradır:

“Bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb.Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrinsayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerjisiyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır.Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviqedərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəmverir.

Azərbaycanın, eyni zamanda Özbəkistan və Qazaxıstanınbərpaolunan enerji potensialından faydalanmaqla regionlararasıəlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindənbiridir. Bu baxımdan Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracıüzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq”.

Избранный
42
8
az.trend.az

10Источники