RU

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata ananın SON DURUMU açıqlandı

ain.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verildiyi kimi bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb.Biləcəri qəsəbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq, onların son durumu açıqlanıb.

 

Məlumatda bildirilib ki, 02.04.2026-cı il tarixində saat 06:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Təcili tibbi yardım briqadası tərəfindən 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Müxtəlif bədən xəsarətləri ilə pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin üzərində cərrahi əməliyyat icra olunub.Hazırda onların müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
1
bizim.media

2Источники