Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında müqavilədən, həmçinin Alma-Ata bəyannaməsindən çıxışı yekun oxunuşda təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu qərar qanunverici orqanın saytında canlı yayımlanan iclasda qəbul edilib.
Qəbul edilmiş qərarda deyilir: “1991-ci il dekabrın 8-də Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş və 1991-ci il dekabrın 21-də Alma-Atada imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişə dair Protokol denonsasiya edilsin”.
Musavat.com