RU

Mədəni-humanitar əməkdaşlıq regional sabitliyin ən vacib şərtlərindən biridir - Adılbek Kasımaliyev

Bakı. Trend:

Mədəni-humanitar əməkdaşlıq regional sabitliyin ən vacibşərtlərindən biridir.

Trend xəbər verirki, bunu Qırğızıstanın Nazirlər Kabinetinin sədri AdılbekKasımaliyev Türk Dövlətləri Təşkilatına üzd dövlətlərin hökümətbaşçıları və vitse-prezidentlərinin ikinci iclasında deyib.

“Qırğızıstan Respublikası qeyri-maddi mədəni irsin qorunmasınavə sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə yönəlmişmədəni təşəbbüsləri fəal şəkildə irəli aparır. Bu baxımdan qeydetmək istərdim ki, bu il 1–6 sentyabr tarixlərində ölkəmizdə VIDünya Köçəri Oyunları keçiriləcək. Təşkilata üzv olan bütündövlətləri bu tədbirdə fəal iştirak etməyə dəvət edirik”, – deyə obildirib.

Onun sözlərinə görə, enerji sektorunun gələcək inkişafı yenitexnologiyaların tətbiqini və infrastrukturun genişləndirilməsinitələb edir. Xüsusilə, kiçik hidroelektrik stansiyaların inkişafıenerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyininmöhkəmlənməsinə və bölgələrin sosial-iqtisadi inkişafına töhfəverir.

Kasımaliyev qeyd edib ki, təşkilata üzv dövlətlərin başçılarıtərəfindən müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi üçünQırğızıstan tariflərlə bağlı olmayan maneələrin azaldılmasına,biznes nümayəndələri üçün viza rejiminin sadələşdirilməsinə vəməhsul keyfiyyət standartlarının harmonizasiyasına diqqət yetirməyitəklif edir.

Onun sözlərinə görə, rəqəmsallaşma sahəsində əməkdaşlığınmöhkəmləndirilməsi də vacibdir. “Qırğızıstan dövlət xidmətlərininrəqəmsal transformasiyası üzrə genişmiqyaslı proqram həyatakeçirir”, – deyə Kasımaliyev bildirib.

Məqalədə:
Избранный
40
1
az.trend.az

2Источники