Bakı. Trend:
Rusiya Federasiyasının Nazirlər Kabineti benzinin ixracınamüvəqqəti qadağa tətbiq edib.
Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.
İstehsalçılar üçün nəzərdə tutulan qadağa rəsmi dərc olunduğugündən etibarən iyul ayının sonuna kimi qüvvədə olacaq.
“Qərar yüksək mövsümi tələbat və kənd təsərrüfatı sahə işləridövründə daxili yanacaq bazarında sabit vəziyyətin qorunması,həmçinin Yaxın Şərqdə formalaşmış geosiyasi vəziyyət səbəbindəndünya neft qiymətlərinin artması fonunda qəbul edilib,”- deyəRusiya hökumətinin bəyanatında qeyd olunub.
Bildirilir ki, məhdudiyyətlər yalnız hökumətlərarası sazişlərçərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmayacaq.