RU

TDT-nin Bakı görüşündə birgə bəyanat qəbul edildi

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşündə birgə bəyanat qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüşün sonunda Azərbaycanın Baş nazir Əli Əsədov məlumat verib.

Xatırladaq ki, iki gün davam edəcək görüşdə hökumət nümayəndələri iqtisadi, nəqliyyat və logistika məsələlərini müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanın Baş nazir Əli Əsədov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Özbəkistanın Baş naziri Abdulla Aripov iştirak edirlər.

Bizim.Media

Избранный
9
1
bizim.media

10Источники