RU

Qlobal fond bazarlarında panika: son illərin ən böyük itkiləri qeydə alındı

Budapeşt, 2 aprel, AZƏRTAC

Beynəlxalq maliyyə bazarlarında müşahidə olunan kəskin dalğalanmalar səbəbilə mart ayında investisiya fondları və xüsusilə hedc fondlar ciddi itkilərlə üzləşib. Analitiklər bunu əsasən Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə İran ətrafında yaranmış vəziyyətlə əlaqələndirirlər.

AZƏRTAC xəbər verir ki, qlobal hedc fondlar son iki ildən çox müddətdə ən böyük geriləməni yaşayıb. “Goldman Sachs” tərəfindən təqdim olunan hesabatda bildirilir ki, demək olar ki, bütün investisiya strategiyaları və regionlar bu mənfi tendensiyadan təsirlənib.

Ən böyük itkilər Asiya bazarlarına yönəlmiş fondlarda qeydə alınıb. Belə ki, bu seqmentdə geriləmə 7,3 faiz təşkil edib. Avropa fondları 6,3 faiz, ABŞ bazarına fokuslanan fondlar isə 4,3 faiz dəyər itirib.

Hazırkı vəziyyət investorların riskli aktivlərdən uzaqlaşaraq daha təhlükəsiz alətlərə yönəlməsi ilə xarakterizə olunur. Analitiklər yaxın aylarda bazarlarda yüksək volatilliyin davam edəcəyini istisna etmirlər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Избранный
38
1
azertag.az

2Источники