RU

Sırski Kursk vilayətinə hücumu ən çətin qərarlardan biri adlandırıb

Ukrayna qoşunlarının Kursk vilayətinə hücum qərarı onun üçün ən çətin qərarlardan biri olub.

Herbiand.az xəbər verir ki, bu etirafı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ICTV kanalına verdiyi müsahibədə deyib.

“Çətin qərarlar var, çox çətin qərarlar. Məsələn, mən Kursk əməliyyatının keçirilməsi qərarını xatırlaya bilərəm”, - Sırski bildirib.

O, qeyd edib ki, işğala hazırlıq zamanı Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Avdeevkanın itirilməsindən sonra hələ bərpa olunmamışdı, Rusiya qoşunları isə demək olar ki, bütün cəbhə xətti boyunca hücum aparırdı.

Baş komandan həmin müsahibədə Rusiya Silahlı Qüvvələrini dünyanın ən güclülərindən biri kimi təsvir edib. Sırski onların sayını, təmin olunma səviyyəsini qeyd edib, həmçinin Rusiya PUA-larının və raketlərinin üstünlüklərini vurğulayıb.

Xatırladaq ki, Ukrayna qoşunları 6 avqust 2024-cü ildə Kursk vilayətinə hücum edib. 26 aprel 2025-ci ildə isə Rusiya Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov prezident Vladimir Putinə Kursk bölgəsinin tamamilə azad edildiyi barədə məruzə edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
27
herbiand.az

1Источники