Ukrayna "Türk Axını" boru kəməri ilə qaz verilməsini təmin edən "Russkaya" stansiyasına dron hücumu həyata keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Qazprom" şirkəti məlumat yayıb.
Bildirilib ki, Krasnodar diyarında "Türk Axını" qaz kəmərini qazla təmin edən "Russkaya" kompressor stansiyasına dronlar yenidən hücum edib.