RU

Əşyaların insan həyatına TƏSİRİ – İLGİNC açıqlama

Evin enerjisi, orada yaşayan insanların ruh halına, gündəlik fəaliyyətinə və ümumi rifahına birbaşa təsir edən fundamental amillərdən biridir.

Fen-şuy mütəxəssislərinin qeyd etdiyi çatlamış güzgülər, işləməyən saatlar və qurumuş güllər kimi detallar ilk baxışda sadəcə maddi əşyalar kimi görünsə də, həm dini, həm də psixoloji aspektdən dərin mənalar daşıyır. Evdəki gərginlik və ruzi-bərəkətin azalması məhz bu əşyaların yaratdığı mənəvi və zehni ağırlıqla sıx bağlıdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, İslam dinində əşyaların öz-özlüyündə bədbəxtlik gətirməsi kimi bir inanc olmasa da, səliqəsizlik və yararsız əşyaların saxlanılması bəyənilmir:

“İslam təmizlik və nizam dinidir. Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki, təmizlik imandandır. Evdə qırıq-sökük əşyaların, xüsusən də toz yığan və heç bir işə yaramayan köhnə-kürüşün saxlanılması mənəviyyata mənfi təsir edir, çünki belə mühit bərəkətin qaçmasına səbəb olan pintilik əlamətidir”.

Onun sözlərinə görə, əşyaların insan taleyini müəyyən etdiyinə inanmaq doğru deyil, lakin daxili nizam xarici nizamla başlayır:

“Müsəlman evi hər zaman təravətli və işıqlı olmalıdır. Qurumuş güllər və ya sınıq qablar isə israfın və baxımsızlığın nişanəsidir ki, bu da ailə üzvlərinin ruhunda sıxıntı yarada bilər”.

Məsələnin psixoloji tərəfinə toxunan psixoloq Vəfa Əkbər isə qeyd edib ki, ətrafımızdakı əşyalar bizim daxili dünyamızın güzgüsüdür:

“İnsan şüuraltı olaraq sınıq, çatlamış və ya yararsız əşyaları gördükdə, bu onun beyninə “natamamlıq” və “dağınıqlıq” siqnalları göndərir. Məsələn, işləməyən bir saat insanda zamanın hədər getməsi və ya işlərin ləngiməsi qorxusunu tətikləyir”.

O bildirib ki, evdəki nizamsızlıq birbaşa stress səviyyəsini artırır:

“Giriş qapısında yığılan köhnə ayaqqabılar və ya otaqlardakı lüzumsuz yük psixoloji olaraq insanda hərəkət məhdudiyyəti və sıxılmışlıq hissi yaradır. Biz köhnə əşyalardan azad olduqda, əslində beynimizi keçmişin yüklərindən təmizləyirik. Aprel ayı kimi yenilənmə dövrlərində edilən bu cür təmizliklər fərdin özünə olan inamını artırır, ailə daxilindəki kommunikasiyanı daha şəffaf və pozitiv edir”.

Tunar
NOCOMMENT.az

Избранный
20
nocomment.az

1Источники