RU

Ölkə futbolunda kamera və analiz platforması tətbiq olunacaq

AFFA ilə kamera və analiz platforması olan "Eyeball" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Football-plus.az" xəbər verir ki, imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, şirkətin direktoru Manfred Lerli və digər rəsmi qonaqlar iştirak edib.

Cahangir Fərəcullayev "Eyeball"ın direktoru Manfred Lerliyə üzərində "26" nömrəsi yazılmış millimizin formasını hədiyyə edib.

Müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.

Избранный
29
1
football-plus.az

2Источники