Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Moskvaya işgüzar səfərini və Rusiya Prezidenti Vladimir Putinlə danışıqları uğurlu adlandırıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bunu brifinqdə jurnalistlərə açıqlamasında deyib.
Paşinyan qeyd edib ki, tərəflər bir sıra istiqamətlərdə, xüsusilə mədəniyyət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə konkret razılaşmalar əldə ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.