RU

Bu yol günlərdir İŞIQLANDIRILMIR - Qəza ehtimalı yüksəkdir

Hövsan ərazisində yerləşən avtomobil yolunda gecə saatlarında işıqlandırma işləmir.

Sürücülər bildirir ki, artıq üç gündür ərazidə işıqlar yanmır.

Qeyd olunur ki, yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz gecə vaxtı baş verir və bu zaman əsas risk faktorlarından biri kifayət qədər işıqlandırmanın olmamasıdır.

Görünüş məsafəsinin azalması, sürücülərin yolu və yol nişanlarını vaxtında və aydın şəkildə görə bilməməsinə səbəb olur. Bu isə qəza ehtimalını artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Avtomobil yollarının işıqlandırılması yol təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır./milli.az/

Избранный
13
4
musavat.com

5Источники