RU

Fərid Şəfiyev Overçukun “Türkmənçay iddiası”nın şərh etdi

"Rusiya TRIPP dəhlizindən (Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirən marşrut) narazılığını bildirdi".

"Yeni Sabah" xəbər verir ki, bunu  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, sosial şəbəkə hesabında qeyd edib: "Rusiya Baş nazirinin müavini Aleksey Overçuk müsahibəsində bildirib ki, "Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Marşrutu" layihəsinin (8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanıb) həyata keçirilməsi ilə bağlı sazişin imzalanması Cənubi Qafqazda regional tarazlığı pozub. "Problem ondadır ki, bu imzalar daha dərin proseslərə təkan verib. Onlar 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalandığı vaxtdan bəri mövcud olan regional tarazlığı pozublar", - deyə o bildirib.

200 illik tarixdən danışmaq bir qədər iddialı olsa da, Cənubi Qafqazda güc balansı şübhəsiz ki, dəyişir. Bunun bir çox səbəbi var, əsas səbəb isə Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasıdır".


Telegram kanalımız
Избранный
45
yenisabah.az

1Источники