ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Saatlı rayonu ərazisində yulğun kollarının məhv edilməsi ilə bağlı daxil olmuş şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə araşdırılıb və fakt təsdiqini tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə DETX məlumat yayıb.
İddia TƏSDİQLƏNDİ: Polis Saatlıda yulğunları məhv edənləri AXTARIR - VİDEO
Bildirilib ki, araşdırma zamanı Saatlı rayonu, Qıraqlı kəndi ərazisində 58 ədəd yulğun kolunun məhv edildiyi və təbiətə 4 640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Saatlı Rayon Polis Şöbəsinə rəsmi müraciət olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.