RU

Azərbaycanda bir ayda bank işçilərinin sayı 42 nəfər artdı

Hesabat ayının sonuna bank sektorunda çalışanların sayı 27 277 nəfər təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2026-cı ilin yanvar ayında bank işçilərinin sayı 27 235 nəfər olub ki, bu da aylıq müqayisədə 42 nəfərin artması deməkdir.

28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM lərin sayı 3 507 olub.

Избранный
10
banker.az

1Источники