RU

12 dən sonra yatmaq: Bədəniniz hər dəqiqə üçün ağır bədəl ödəyir!

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur türkiyəli mütəxəssis, Prof. Dr. Erkan Topuz gecə gec saatlarda yuxuya gedənlərə ciddi xəbərdarlıq edib.

Ölkə.Az-ın məlumatına görə, o bildirib ki, məsələ sadəcə neçə saat yox, nə zaman yuxuya getməyinizdədir. Çünki Allah insan bədənini müəyyən bir ölçü və daxili saatla — ritmlə yaradıb.

"Siz fərqində deyilsiniz, amma vücudunuz siz yatmadığın hər dəqiqə üçün ağır bədəl ödəyir. Və bu bədəl ürəyinizlə ödənilir!"

Gecəni qaçırmaq: Hüceyrələrin bərpa vaxtı nə zamandır?

Professorun sözlərinə görə, gecə saat 12-dən sonra yatanlar bioloji olaraq gecəni tamamilə qaçırmış sayılırlar:

"Gecə saat 23:00 ilə 02:00 arası bədəndə elə bir sistem dövrəyə girir ki, bu saatlar bədənin "təmir" vaxtıdır. Xalq arasında "gənclik hormonu" kimi tanınan melatonin məhz bu saatlarda ən yüksək səviyyəyə çatır. Bu hormon hüceyrələri yeniləyir, beyni təmizləyir, ürəyi qoruyur və immuniteti gücləndirir".

Telefon və sosial media bədənin "təmirinə" mane olur

Bir çoxumuz gecə saatlarında telefon, serial və ya sosial media ilə vaxt keçiririk. Dr. Erkan Topuz vurğulayır ki, bədən özünü bərpa etmək istəyəndə biz ona imkan vermirik: "Siz "bir az da sosial mediada vaxt keçirim" dediyiniz an ürək yük altında qalır, kortizol (stres hormonu) yüksəlir, təzyiq balansı pozulur və illər keçdikcə ürək xəstəlikləri riski artır".

8 saat yatsam da zərərlidir?

Ən çox verilən suallardan biri budur: "Gecə 1-də yatıb sabah 9-da dursam, yəni 8 saatlıq normamı tamamlasam, yenə də zərərlidir?" Professorun cavabı qətidir: Bəli! Çünki bədən yuxunun müddətinə deyil, zamanına görə proqramlaşıb. Gec yatıb gec durmaq bədən üçün "jetlag" təsiri yaradır – siz öz evinizdəsiniz, amma bədəniniz hələ də başqa saat qurşağında qalmış kimidir.

Sağlam qalmaq üçün 4 sadə qızıl qayda:

Professor gecəni israf etməmək və ürəyi qorumaq üçün tətbiqi asan olan bu sistemi təklif edir:

Hədəf saat 23:00: Bu saatda artıq yataqda olun və telefonu kənara qoyun.

İşığı azaldın: Saat 22:00-dan etibarən evdəki işıqları azaldın, çünki parlaq işıq melatonini məhv edir.

Axşam ağır yemək yeməyin: Həzm sistemi aktiv olanda bədən özünü bərpa edə bilmir.

Rejimə sadiq qalın: Həftə sonları da daxil olmaqla, hər gün eyni saatda yatıb, eyni saatda durun.

"Ürək xəstəlikləri bir gündə yaranmır. Onlar illərlə edilən kiçik səhvlərin cəmidir. Və o səhvlərdən ən böyüyü gec yatmaqdır. Özünüzə bu sualı verin: "Mən bədənimə həqiqətən yaxşı davranırammı?" Əgər cavabınızdan əmin deyilsinizsə, elə bu gecə erkən yatmağa başlayın", - deyə professor əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
2
olke.az

3Источники