RU

Cevdet Yılmaz: Cənubi Qafqazda sabitlik Türk dünyası daxilində qarşılıqlı əlaqəni daha da gücləndirəcək 

Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulması istiqamətində atılan müsbət addımları alqışlayırıq. Ümid edirik ki, bölgədə yaranan tarixi fürsətdən istifadə ediləcək və iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk dünyası daxilində qarşılıqlı əlaqəni daha da gücləndirəcək. Biz inanırıq ki, nəqliyyat, enerji, infrastruktur və rabitə kimi bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar Türk dünyasının rifahına əhəmiyyətli töhfə verəcək", - deyə Vitse-prezident bildirib.

Избранный
2
2
azerbaijan-news.az

3Источники