RU

Merdən ŞOK AÇIQLAMA: Böyük şəhərlərə maşınla girmək tarixdə qaldı

ain.az bildirir, Avtosfer portalına istinadən.

Parisin yeni seçilmiş meri Emmanuel Qrequar avtomobilsizləşmə kampaniyasına start verib. 

Avtosfer.az xəbər verir ki, yeni seçilmiş mer şəhərətrafı yolarda maksimal sürəti saatda 50 kilometrdən 30 kilometrə endirməyi planlaşdırır. Bundan əlavə, şəhərətrafı yolların birinci cərgəsi sentyabrdan etibarən gündüz saatlarında velosiped və skuterlərə ayrılacaq.

Qrequar əvvəlki mer Ann İdalqonun müavini olub və qatı avtomobil əleyhdarı kimi tanınır. O, Fransa paytaxtında yüzlərlə küçənin avtomobilsizləşdirilməsinə rəhbərlik edib.

Yeni merin qərarlarına münasibət ziddiyyətlidir. Lakin ən böyük dəstək Macarıstanın Debresen şəhərinin meri Peuna Şiendən gəlib. O, X hesabında yazıb: “parislilərdən soruşun görək onlar şəhərətrafı yolda sürətin azazldılmasından narazıdırlarmı? Böyük şəhərlərə şəxsi avtomobillə girmək dövrü artıq başa çatıb. Bunu artıq qəbul etmək lazımdır”.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
avtosfer.az

1Источники