RU

İtaliya Avropa çempionatını keçirmək hüququndan məhrum edilə bilər - UEFA prezidenti səbəbi dedi

UEFA-nın prezidenti Aleksander Çeferin İtaliyanın 2032-ci ildə baş tutacaq futbol üzrə Avropa çempionatını keçirmək hüququndan məhrum edilə biləcəyini deyib.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbəri sözügedən ölkənin idman infrastrukturunun modernləşdirilməsi ilə bağlı problemləri aradan qaldırmasının vacibliyini vurğulayıb:

"İtaliyalı siyasi liderlərindən Avropanın ən pis futbol infrastrukturlarından birinin İtaliyada olmasının səbəbini soruşmaq lazımdır. AÇ-2032 planlaşdırılıb və baş tutacaq. Ümid edirəm ki, həmin vaxta qədər infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada keçirilməyəcək".

Toğrul

Избранный
24
1
fanat.az

2Источники