RU

Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi - Kreml taktika dəyişir?...



Sahil İsgəndərov: “Sarkisyanın partiyasının bu qərarının arxasında birmənalı şəkildə Moskvanın diqtəsi dayanır”

Ermənistan Respublika Partiyası (ERP) iyunun 7-nə təyin olunmuş parlament seçkilərində birbaşa iştirak etməyəcək. Bu qərar aprelin 1-də ERP icra orqanının iclasında qəbul edilib və iclasda partiyanın parlament seçkilərində iştirakı müzakirə olunub. Hərtərəfli təhlildən sonra bu seçkilərdə birbaşa iştirak etməmək qərarı verilib. Qərarın əsaslandırılması, eləcə də partiyanın növbəti addımları aprelin 4-də keçiriləcək 18-ci Partiya Qurultayında təqdim olunacaq.

Ermənistanın sabiq prezident Serj Sarkisyanın partiyası niyə seçkidə iştirakdan imtina etdi?

Politoloq Sahil İsgəndərov baki-xeber.com-a bildirdi ki, S.Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının qarşıdan gələn parlament seçkilərinə qatılmaması və seçkilərdə birbaşa iştirak etməməsi ilə bağlı bəyanatı heç də partiyanın və onun rəhbərliyinin qərarı deyil. “Düşünürəm ki, Ermənistanda keçiriləcək parlament seçkilərində Moskanın öz qüvvələrini oynatması və onları irəli çəkməsi kontekstində belə bir bəyanat verilib. Bu da ondan irəli gəlir ki, Sarkisyan və onun partiyası artıq Moskva üçün əhəmiyyət kəsb etmir. Moskva artıq öz oyunçularını müəyyənləşdirib. Bunlar Ermənistanın sabiq prezidenti Robert Köçəryan, erməni olqarx Qaqik Çarukyan və eyni zamanda erməni mənşəli rusiyalı oliqarx Samvel Karapetyandır. Belə deyək, artıq Moskva öz oyunlarının konturlarını cızıb və oyunçularını müəyyənləşdirib. Serj Sarkisyan isə konkret olaraq bu sxemə düşmür. Fikrimcə, Ermənistanın 1991-ci ildə qazandığı “müstəqillikdən”, Petrosyandan sonra Rusiya Ermənistanda öz adamları arasında Sarkisyanın ən zəif fiqur olduğunu düşünür. Bu kontekstdə də ona istinad etmir, onun rolunu elə də əhəmiyyətli saymır”.

S.İsgəndərovun sözlərinə görə, görünən odur ki, Sarkisyan və onun partiyası köməkçi rolunda da elə də ciddiyə alınmır, ciddi kart kimi nəzərdən keçirilmir.

“Amma istənilən halda bəyanatda vurğulanması ki, onun partiyası seçkilərdə birbaşa iştirak etməyəcək. Bu o deməkdir ki, Sarkisyanın partiyasından obrazlı desək “şunu apar, şunu gətir” kontektində istifadə edir. “Partiya seçkilərdə birbaşa iştirak etməyəcək” bəyanatının arxasında məhz bu məqam dayanır. Yəni bu o demək deyil ki, onun partiyasından istifadə olunmayacaq, zəif kontektdə bu və digər şəkildə istifadə oluna bilər. Yeri gəlmişkən, Sarkisyan da artıq bu rola razılaşıb. Sarkiyanın nə dərəcədə zəif bir siyasətçi olduğu özünü sübut edib. Belə ki, 2018-ci ildən Ermənistan prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçəndən sonra Sarkisyan ona tapşırılan vəzifəni yerinə yetirə bilmədikdə Moskvaya Sarkiyanın zəif fiqur olduğu məlum oldu. O dövrdə Sarkisyan prezidentlikdən baş nazirliyə keçidə cəhd göstərdi, amma o da alınmadı...

Sarkisyanın partiyasının bu qərarının arxasında birmənalı şəkildə Moskvanın diqtəsi dayanır. Bir məqama xüsusi diqqət yetirməlidir. Bu qərar Paşinyanın Moskvada Putinlə görüşündən sonra açıqlanıb. Moskva artıq Sarkisiyana mesaj verib ki, seçkilərə qatılmamaq barədə qərarını açıqlasın. Bunun arxasının Moskvanın apardığı oyunun elementləri var. Pərdəarxasında bu dayanır. Yəqin ki, hadisələrin gedişi də bunu göstərəcək”-deyə S.İsgəndərov vurğuladı.

İradə SARIYEVA

Избранный
18
baki-xeber.com

1Источники