RU

"Azərbaycan xalqının birliyi nümayiş olundu" - HƏRBİ EKSPERT

"Aprel döyüşləri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən hadisələrdən biri oldu. Həmin dövrdə Ermənistan tərəfinin atəşkəsi pozmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qətiyyətli və layiqli cavab verdi".

Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu döyüşlər nəticəsində bir sıra strateji əhəmiyyətli mövqelər azad edildi: "Xüsusilə Lələtəpə yüksəkliyi kimi mühüm yüksəkliklərin nəzarətə götürülməsi ordumuzun üstünlüyünü açıq şəkildə nümayiş etdirdi. Bu həm düşmənə ciddi xəbərdarlıq idi, həm də Azərbaycan ordusunun gücünü bir daha sübut etdi.

Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətinə malikdir və istənilən təxribatın qarşısını almağa qadirdir. Eyni zamanda, bu hadisələr Ermənistan ordusunun zəif tərəflərini üzə çıxardı və gələcək hərbi əməliyyatlar üçün mühüm təcrübə qazandırdı.

Bu döyüşlər, əslində, sonradan baş verən İkinci Qarabağ müharibəsi üçün bir növ hazırlıq mərhələsi oldu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıqlar formalaşdı. Bu qələbə Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ordumuzun peşəkarlığını dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur və müasir silahlarla daha da gücləndirilir.

Aprel döyüşləri Azərbaycan üçün həm hərbi, həm də siyasi baxımdan dönüş nöqtəsi oldu və gələcək böyük qələbənin əsasını qoydu. Aprel döyüşləri bizim şanlı tariximiz, qələbəmizin ilk addımıdır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
32
sia.az

1Источники