RU

Yağış sonrası günah keçisi qanunsuz tikililər... “Məsul dövlət qurumları həmin qanunsuz tikililərin sökülməsinə nail olmalı idi”

ain.az, Bizimyol saytına istinadən bildirir.

İllər öncə təbii drenaj funksiyasını yerinə yetirən Masazır gölü qurudularaq onun ərazisində yaşayış evləri tikilib. Bir neçə gün əvvəl aramsız yağan yağışlar nəticəsində həmin evləri su basıb. Bu barədə Facebook sosial şəbəkəsində paylaşımlar edilib. Qanunsuz ev tikənlər günahlandırılır.Bəs, tikilən evlərə verilən icazələrə görə məsuliyyət hansı qurumların üzərinə düşür?Bələdiyyə, ya icra hakimiyyəti... kimdir günahkar və niyə cəzalandırılmır?Qanunu pozana göz yummaq da qanun pozuntusu deyilmi?

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tikinti normalarının pozulması ilə verilən razılıqlar aydındır.

Əkrəm Həsənov

“Məsələyə fərqli yanaşsaq, bir tərəfdən özbaşına tikililər var ki, onlara heç kim rəsmi razılıq vermir, lakin buna baxmayaraq, dövlət orqanları həmin qanunsuz tikililərin sökülməsinə nail olmalı idi. Bu məsuliyyətə İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar daxildir.

Digər tərəfdən, tikinti normalarının pozulması ilə verilən razılıqlar da aydındır. Bu prosesdə isə Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlar iştirak edir. Əgər araşdırma nəticəsində bu qurumların qeyd olunan tələbləri nəzərə almadan qərar verdiyi müəyyən olunarsa, onlar mütləq cəzalandırılmalıdır”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
bizimyol.info

1Источники