RU

“Saab” İsveç Silahlı Qüvvələrini antidron sistemlərlə təmin edəcək

“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) antidron sistemləri ilə bağlı sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 2.6 milyard İsveç kronudur (273.6 milyon ABŞ dolları) və çatdırılmalar 2027-2028-ci illərdə həyata keçiriləcək.

Sözügedən antidron sistemi İsveç Silahlı Qüvvələrininin obyektlərini və həmçinin mülki infrastrukturu pilotsuz uçuş aparatları (PUA) təhdidlərindən qorumaq üçün nəzərdə tutulub.

İsveçin mövcud hava və dron müdafiəsini gücləndirəcək “Saab”ın antidron sistemi aşağıdan uçan kiçik və orta ölçülü dronları aşkarlayaraq zərərsizləşdirmək üçün təyin edilib. O, sahədə sübut edilmiş “Saab” istehsalı sensorları və təsir vasitələrini, həmçinin seçilmiş üçüncü tərəf texnologiyalarını vahid platformada birləşdirir və mövcud müdafiə resursları ilə problemsiz şəkildə inteqrasiya olunur.

Избранный
11
poliqon.az

1Источники