RU

"Ayntraxt"da yeni müqavilə - Dünya çempionu ilə...

"Ayntraxt Frankfurt" yarımmüdafiəçisi Mario Götze ilə müqavilənin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

33 yaşlı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb. Onun əvvəlki sözləşməsi bu mövsümünün sonunda başa çatacaqdı. O, 2022-ci ilin yayından bəri “Ayntraxt”da çıxış edir. 2014-cü ilin finalında vurduğu qolla Almaniyaya dünya çempionluğunu qazandıran Mario daha əvvəl PSV, “Borussiya” (Dortmund) və “Bayern” kimi klublarda da oynayıb.

Götze cari mövsüm "Ayntraxt" forması ilə 26 matçda çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub.  

Избранный
42
fanat.az

1Источники