Nizami Kino Mərkəzinin binasına vurulan ziyanla bağlı araşdırma aparılır.
Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
O bildirib ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Nizami Kino Mərkəzinin binasının fasadına naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılar yazılması ilə bağlı araşdırma başlayıb. Həmin əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.