RU

Türkiyə MN dən Perinçekin iddiasına cavab

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Milli Müdafiə Nazirliyi Doğu Perinçekin 20 əsgərimizin şəhid olduğu yük təyyarəsini İsrailin vurduğuna dair iddiasına cavablandırıb.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunur:

“20 qəhrəman yoldaşımızın şəhid olduğu Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında baş verən hadisə ilə bağlı qeyri-ciddi və əsassız, hətta şəhid sayı ilə bağlı səhv açıqlamalar da zərərli yanaşmanın məhsuludur.

Qəzaya uğrayan “C-130″ təyyarəmizlə bağlı dərhal başlanan texniki araşdırma diqqətlə və hərtərəfli şəkildə aparılır.

Müvafiq proseslər başa çatdıqdan sonra yekun hesabat ictimaiyyətlə şəffaf şəkildə paylaşılacaq. Məsələ ilə bağlı cinayət işi qaldırılıb və istintaq aparılır”.

Xatırladaq ki, Vətən Partiyası lideri Doğu Perinçek Türkiyəyə və Liviyaya aid “C-130 təyyarələrini İsrailin vurduğunu iddia etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
globalinfo.az

2Источники