ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran NATO üzvü Bolqarıstana ABŞ hərbi təyyarələrinin bu ölkənin hava limanlarından istifadəsinə qarşı diplomatik nota verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.
Bolqarıstan xarici işlər nazirinin müavini Marin Raykov dünən keçirilən mətbuat konfransında İranla diplomatik münasibətlərin davam etdiyini vurğulayaraq diplomatik notanı təsdiqləyib.
“Bolqarıstan müharibə vəziyyətində deyil və hərbi əməliyyatlarda iştirak etmək üçün ölkəmizdən heç bir hərbi təyyarə göndərilmir. Parlamentimiz Hörmüz boğazı bölgəsində hərbi əməliyyatları dəstəkləmək üçün heç bir qərar qəbul etməyib”, - deyə Raykov bildirib.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.