Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər barədə açıqlama verib. Nazir bildirib ki, Türkiyə tərəfdə qalan 224 kilometrlik yolun təmirinə artıq başlanılıb: “Azərbaycan tərəfdəki işlər sona yaxınlaşır. Zəngəzur koridorunda bir podratçılıq müqaviləsi imzalanıb, lakin tikinti işlərinə hələ başlanmayıb. Düşünürəm ki, çox gecikmədən başlanacaq”, – Uraloğlu qeyd edib.
Onun sözlərinə görə, Naxçıvan istiqamətində 180 kilometrlik bir yol var: “ Həmin yolun bir qismi təmir ediləcək, bir qismi isə yenidən tikiləcək. Bizim tərəfdəki 224 kilometrlik yol isə artıq tikinti mərhələsinə daxil olub”.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”