RU

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

“AzerKvars” MMC İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında rəsmi rezident statusu qazanıb. 

15 milyon manatlıq investisiya ilə reallaşdırılacaq layihə çərçivəsində Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağından çıxarılan xammaldan zənginləşdirilmiş kvars qumu və texniki tikinti qumunun istehsalı nəzərdə tutulur. Layihə 50 yeni iş yerinin açılmasına imkan yaradacaq. 

Hacıqabul Sənaye Parkı indiyə qədər 14 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezident statusu verib. Burada sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb və təxminən 570 daimi iş yeri yaradılıb. 

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
52
azerbaijan-news.az

1Источники