RU

İKTA internet provayderlərini rəsmi veb-sayt açmağa çağırır

Bakı.Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA)tərəfindən aparılan monitorinqlər nəticəsində ölkəmizdə fəaliyyətgöstərən bəzi internet telekommunikasiya xidməti göstərən operatorvə provayderlərinn istehlakçılar üçün açıq və əlçatan rəsmi internet informasiya resursunun (veb-saytı) olmadığımüəyyən edilib.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, mövcud vəziyyət istehlakçıların xidmət şərtləriilə tanış olması, tariflər və ödənişlər barədə məlumat əldə etməsi,şikayət və müraciət mexanizmlərindən istifadə etməsi, texnikixidmət və kəsintilər barədə vaxtında məlumat alması imkanlarınıəhəmiyyətli dərəcədə məhdudlaşdırır.

İKTA bəyan edir ki, mövcud normativ aktlardan irəli gələrək,internet xidmət provayderləri istehlakçıya xidmət barədə zəruri,düzgün və dolğun məlumat verilməsini təmin etməli, xidmətşərtlərinin, texniki qulluq və istifadə qaydalarının açıqlığını vəəlçatanlığını və istifadəçinin özünə dair informasiyaya çıxışhüququnu təmin etməlidirlər. Bu tələblərin effektiv icrası üçünprovayderlərin rəsmi internet resurslarının mövcudluğu müasir vəzəruri praktikadır.

Bu addımın məqsədi bazarda şəffaflığı artırmaq, istehlakçılarınməlumatlı seçim imkanlarını genişləndirmək və xidmət göstərənsubyektləri məsuliyyətli davranışa təşviq etməkdir.

Məqalədə:
Избранный
53
8
az.trend.az

9Источники